AZ

Xətai sakinləri dörd gündür istiliksiz qalıb Azəristiliktəchizat dan şikayət

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xətai rayonu, Babək prospekti, bina 8-in (19 mərtəbəli bina) sakinləri artıq dörd gündür ki, istiliklə təmin olunmur.

Bu barədə Bakıvaxtı.az-a bina sakinlərinin etdikləri şikayətdə bildirilir.

Şikayətçilərin sözlərinə görə, “Azəristilik Təchizat” ASC bir qrup abonentin borcunu əsas gətirərək bütün binanın istilik təminatını dayandırıb. Qışın sərt günlərində bu qərarın yüzlərlə sakini, o cümlədən körpələri, yaşlıları və xəstələri ciddi risk altında qoyduğu qeyd olunur:

“Borcunu vaxtında ödəyən sakinlərin də istiliksiz qalması qanunvericiliyə və istehlakçı hüquqlarına ziddir. Borclularla fərdi qaydada, hüquqi müstəvidə işləmək əvəzinə bütün binaya kollektiv cəza tətbiq edilməsi yolverilməzdir”.

Məlumata görə, sözügedən binada qaz təchizatı da yoxdur və bu da vəziyyəti daha da ağırlaşdırır. Sakinlər istiliyin dərhal bərpa olunmasını və bu praktikanın dayandırılmasını tələb edirlər. 

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
bakivaxti.az

1Mənbələr