Qeyd olunub ki, Müşfiq Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Mikayıl Gözəlovun oğludur. Vurğulanıb ki, atası qətlə yetiriləndə Müşfiqin 3 yaşı tamam olmayıbmış.
Xatırladaq ki, Mikayıl Gözəlov 11 dekabr 1991-ci ildə təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Ömürlük həbs cəzasına məhkum edilən Elbrus İbrahimov 2019-cu ildə həbsxanada vəfat edib. Əlavə edək ki, qəza nəticəsində üzərinə yol nişanı aşaraq xəsarət alan 10 yaşlı Sərxan evə buraxılıb.