AZ

Rəsmi və dövlət səviyyəli ciddi tədbirlərdə müəyyən ictimai normalar qorunmalıdır



"Mədəniyyət və şou-biznes nümayəndələrinin rəsmi, dövlət səviyyəsində keçirilən tədbirlərdə açıq-saçıq, dərin dekolteli geyimlərdə iştirak etməsi nə müasirlik göstəricisidir, nə də incəsənətlə əsaslandırıla bilər. Bu davranış cəmiyyətin sadəcə mədəni dəyərlərinə deyil , eləcə də tədbirin rəsmi və ya ciddi statusuna qarşı hörmətsizlikdir".

Newscenter.az xəbər verir ki, bunları Gənc Demokratlar İnstitutunun prezidenti Yeganə Hacıyeva deyib. O bildirib ki, ictimaiyyət qarşısında çıxış edən tanınmış şəxslər yalnız fərdi zövqlərini deyil, həm də təmsil etdikləri sahəni və həmin təbəqəni təmsil və ifadə edir:

"Azadlıq anlayışı məsuliyyətsizliklə qarışdırılmamalı, xüsusən də rəsmi və dövlət səviyyəli ciddi tədbirlərdə müəyyən ictimai normalar qorunmalıdır. Tez-tez istinad etməyi sevdiyimiz dünya praktikasında, lap elə Rusiya mədəniyyət və şou-biznes mühitinə nəzər saldıqda şahid oluruq ki, rəsmi və dövlət səviyyəsində təşkil olunmuş tədbirlərdə iştirak edən incəsənət və mədəniyyət nümayəndələri heç vaxt açıq-saçıq geyimlərdə gəlmirlər. Daha ölçülü və tədbirin mahiyyətinə uyğun ciddi üsluba üstünlük verirlər.

Yeganə Hacıyeva hesab edir ki, ciddi və rəsmi mühitdə estetik zövq ilə etik məsuliyyət arasında balans saxlamaq mümkündür və vacibdir:

"Müasirliyin əsl göstəricisi də elə budur".

Süleyman
Seçilən
13
1
newscenter.az

2Mənbələr