Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yanvarın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Respublilası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli sənətkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı ölməz Rəşid Behbudovun 110 illik yubileyinə həsr edilmiş gecə keçirildi. Saraya gələn hər kəs elə ilk andan xüsusi bir atmosferlə qarşılaşırdl. Əslində sevimli məkanımız Heydər Əliyev Sarayında hər şey hər zaman gördüyümüz kimi idi. Amma, sanki havanın özündə bir sehr var idi...
Hələ yanvar ayının ilk günlərindən xeyli sayda dost, tanış, qohum, əqraba zəng edib xahiş edirdi ki, konsertə bilet tapmaqda onlara yardım edək. Deyirdilər ki, bilet ala bilmirlər. Doğrusu, ağlımızü cürbəcür fikirlər gəlirdi, özlüyümüzdə onları qınayırdıq da. Düşünürdük ki, biletlər mərkəzləşdirilmiş qaydada, onlayn şəkildə satılır. İstəyən getsin alsın. Biz bilet işinə baxmırıq axı.
Konsertə bir neçə gün qalmış Heydər Əliyev Sarayının rəhbərliyi ilə əlaqə saxladıq və gedib bizə ayrılan dəvətnamələri götürdük. Eyni zamanda biletlərin satışı ilə maraqlandıq. Dedilər ki, çox böyük ajiataj var, biletlər çoxdan satılıb qurtarıb. Amma istəyənlər həddən artıq çoxdur. İnsanlar zəng edib dönə-dönə xahiş edirlər ki, bilet əldə etmək üçün onlara köməklik göstərək. Biz nə edə bilərik ki?...
Öz özlüyümüzdə bizə zəng edib bilet və ya dəvətnamə istəyənlər haqqında nahaq düşüncələrimizə görə utanc hissi keçirirdik. Başa düşdük ki, insanlr həqiqətən bilet tapa bilmədikləri üçün bizə müraciət ediblər.
Bəxti gətirib bilet ala bilənlər Sarayın tamaşa zalına keçib əyləşdikdən sonra fikir verdik ki, həqiqətən bütün yerlər dolub. Hamı səbrsizliklə gecənin başlanmasını gözləyirdi. İlk hiss etdiyimiz o idi ki, adətən konsertlərə, tamaşalara, tədbirlərə gələn insanlar başlanğıca işarə olan işıqların sönməsinə qədər danışır, gülür, söhbət edir, bir birindən hal-əhval tutur. Yəni zalda təbii bir canlanma , yaxşı mənada səs-küy olur. Burda isə biz əksinə, tamamilə başqa bir mənzərənin şahidi olduq. Tam sakitlik idi desək, doğru olmaz. İnsanlar bir birilə ilə astadan danışırd, adət etdiyimiz səs-küy (yaxşı mənada) yox idi. Tamaşaçıların çöhrəsi də dəyişik idi. Gözlərdə sevgi işığı, üzlərdə qürur təbəssümü var idi. Məbədə gəlmiş kimi, hamı fərəh və maraq içində idi. Bu gün səhnədə baş verəcəklər onları qane edə bilıcəkmi-marağı hər kəsin simasından aydın sezilirdi. Həqiqətən qeyri-adi bir atmosfer idi. Tamaşaçılar həyəcan dolu maraqla gecənin başlamasını gözləyirdilər. Nəhayət səhnənin pərdələri qaldırıldı. Tamaşaçıların alqışları ilə aparıcılar səhnəyə çıxıb hamını salamlayaraq, görkəmli müğənni Rəşid Behbudovun 110 illik yubileyinə həsr edilmiş gecənin başlanğıcını elan etdilər.
Pərdələr qalxdığl andan hiss olunurdu ki, bugünkü gecə tam fərqli olacaq. Səhnənin tərtibatı, aparıcıların kübar görünüşü, onların dolğun, mənalı çıxışları öyrəşdimiz stereotiplərdən fərqli idi. Heydər Əliyev Sarayının səhnəsi böyük zövqlə bəzədilmişdi. Ölçüləri ilə hamını heyrətləndirən böyük səhnədə başdan başa led ekranlar, müxtəlif effektli işıq avadanlıqları quraşdırılmışdı. İlk təəssürət tamaşaçını təsirinə almağı və ən sona qədər təsirində saxlqmağı bacardı. Ekranda Rəşid Behbudovun həyat və yaradıcılığını əks etdirən maraqlı, zövqlə və sevgi ilə yığılmış kadrlar bir birini əvəz etdikcə, sanki ölməz sənətkarın da bu gecədə iştirak etdiyi təəssüratı yaranmışdı.
Səhnəyə çıxan hər kəsin nə qədər məsuliyyət hiss etdiyi aydın sezilirdi. Maraqlısı bu idi ki, istər səhnədəkilər, istərsə də zaldakılar, hamıda eyni dərəcədə məsuliyyət hiss olunurdu. Son dövrlər tamaşalar, konsertlər zamanı zalda çalınanan telefon zəngləri, kiminsə telefonuna gələn zəngə uca səslə cavab verməsi və ya yanındakı ilə həyati problemləri bərkdən
müzakirə etməsi adi hal alıb. Çoxumuz da buna adət etmək məcburiyyətindəyik. Bu gecədə isə sanki hər kəs telefonunu evdə qoyub gəlmişdi. Yanındakı ilə də müzakurə etməyə heç kimin heç bir problemi yox idi. Hamı bütün varlığı, ruhu ilə səhnədə baş verənlərə köklənmişdi. Səhnədəkilərlə tamaşaçılar arasında qəribə bir vəhdət yaranmışdı. Bu vəhdətin adı "Rəşid sevgisi" idi və bu gecə hər kəs öz "Rəşid" adlı sevgisini ifadə etməyə gəlmişdi.
Vaxtı ilə Rəşid Behbudovun yeganə və əbədi sevgisi Ceyran xanım danışardı ki, hərdən giley-güzar edərdim, Rəşidə narazılığımı bildirərək deyərdim: -Ay Rəşid, bir az evə, məişətimizə də vaxt ayır. Qızımız böyüyür, evimizin təmiri illərdir uzanır, bağ evimiz uçulub dağılıb. Ömür gedir, sən bütün günü teatrda, məşqlərdə, qastrollarda, xarici səfərlərdəsən. Bəlkə bir az ara verib problemlərin həlli ilə məşğul olasan. Onsuz da bu həyatda edilənlərin qiyməti yetərincə vürilmir. Bir az özün üçün, ailən üçün də yaşa.
Rəşid Ceyrqn xanımın bu iradlarına cavab verərmiş ki:
-Ay Ceyran, sən heç narahat olma, mənim elədiklərimin qiymətini xalqım verəcək!
Nə qədər haqlı idi Rəşid. Bu xatirə gecəsi xalqın, tamaşaçıların ölməz sənətkara sonsuz sevgidinin təcəssümü idi. İnsanlar dərin sevgi, sonsuz ehtiramla Vətən Oğlunun görüşünə gəlmişdilər. Hər kəs qəlbində, ürəyində yaşatdığı ölməz sənətkarına sevgisini, ehtiramını biruzə verməyə gəlmişdi bu gecəyə. Millətinin, xalqının mədəniyyətini dünyaya tanıdan, onu tərənnüm edən, sevdirən, millionlarla insanın qəlbində doğma Azərbaycanına əbədi sevgi atəşi alovlandıran sənətkar oğluna sədaqət nümayişi idi bu gecədəki sehirli ab-hava.
Çıxış etmək üçün səhnəyə çıxan atristlər böyük sənətkara ehtiramlarını ifaları ilə, hər bir hərəkətləri ilə nümayiş etdirirdilər. Hamı bir nəfər kimi, bayağılıqdan, pafosdan uzaq, öz sevgi və ehtiramını bildirirdi. Mən artistlətimizin adlarını çəkib kimisə fərqləndirmək istəmirəm. Çıxış edənlərin siyahısı böyük idi. Dünya səhnələrində ad qazanmış, Xalq artistləri, Əməkdar artistlər, gənc ifaçılarla yanaşı, adlarını bilmədiyimiz orkest musiqiçilərinə qədər, hər kəs bu gecədə eyni məsuliyyətlə, eyni sevgi və ehtiramla çıxış edirdi. Hər kəsin də bir missiyası var idi-böyük sənətkarın adına, xatirəsinə layiq olmaq.
Gecəyə qardaş Gürcüstanın da sənətçiləri qatılmışdı. Onlar da ölməz sənətkarın xatirəsinə ehtiramlarını bildirmək üçün gəlmişdilər. Rəşidi onlar da özününkü sayır. Tiflis doğuludur axı Rəşid Behbudov. Məşhur Gürcüstan Dövlət Akademik Xalq Mahnı və Rəqs Ansamblı "Erisioni" Heydər Əliyev Sarayının səhnəsində olduqca maraqlı çıxışı ilə həmyerliləri saydığl Rəşid sevgisini layiqincə nümayiş etdirdilər.
Səhnə boyu quraşdırılmış led ekranda Ulu Öndər Heydər Əliyevin Rəşid Behbudova, onun səsinə, sənətinə olan vurğunluğu haqqında danışması gecəyə xüsusi rəng qatdı. Dünya miqyaslı siyasətçinin , qüdrətli dövlət xadiminim xalqın sevimli sənətkarına verdiyi dəyər, qiymət olduqca önəmlidir. Böyük Heydər Əliyev Rəşid Behnudovun milli musiqimizin təbliğində gördüyü işləri hamıdan, hər kəsdən yaxşı bilirdi. Hələ sağlığında ölməz sənətkara ən yükdək fəxri afların, mükafatlatın verilməsi üçün əlindən gələni etmişdi. Bəlkə çoxları bilmir ki, nəhəng, ucsuz-bucaqsız SSRİ-də Sosialist Əməyi Qəhtəmanı adını almış ilk müğənni Rəşid Behbudovdur. Bu da Ulu Öndər Heydət Əliyevin prinsipial mövqeyinin nəticəsində baş vermişdi. Rəhmətlik Heydər Əkiyev öz xatirəkərində buni bülə xatırlayırdı:
-Bir neçə dəfə Rəşid Behbudovun Sosialist Əməyi Qəhtəmanı adı ilə təltif olunmasını təklif etsək də, Moskva buna razı olmurdu. Sonuncu dəfə 1980-ci ildə yenidən təklif verdim və mənə dedilər ki, SSRİ-də bu adı heç bir müğənni almayıb. Rusiyada, Ukraynada belə heç bir müğənniyə bu ad verilməyib. Mən də cavabında dedim ki, Rudiyada, Ukraynada heç kim bu adı almayıbsa, orda Rəşid Behbudov səviyyəsində sənətkar yoxdur. Siz özünüz bilərsiz, kimə vermək olar, kimə yox. Mən hesab edirəm ki, Rəşid Behbudov öz sənəti, yaradıcılığı, fəaliyyəti ilə bu adı almağa çoxdan layiqdir.
Ulu Öndərin dəmir məntiqi qarşısında aciz qalan SSRİ rəhbərliyi nəhayət ki, Rəşid Behbudovun Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi haqqında fərman imzalayır.
Gecədə daha sonra Azərbaycsn Respublikasının Prezidenti İlham Əliyevin və mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın Rəşid Behbudovun xatirəsini əbədiləşdirmək üçün gördükləri işləri əks etdirən video süjet yayımlandı. Bakı Şəhərinin mərkəzində Rəşid Behbudova ucaldılmış abidənin açılışında, adı verilmiş müasur gəminin istifadəyə verilməsində iştirak etdikləri kadrlar nümayiş olundu. Prezident İlham Əliyevin Rəşid Behbudov sənəti haqqında çıxışından fraqmentlər göstərildi.
Dövlətimizin də, xalqımızın da ölməz sənətkara verdiyi dəyərin, sonsuz sevginin təzahürü bu xatirə gecəsində bir daha təsdiqləndi, bəyan edildi. Rəşid millətini xalqını sevdiyi qədər, millətimiz, xalqımız da, vəfatından iki il sonra müstəqilliyini elan etmiş Milli Dövlətimiz də Rəşidi sonsuz sevgi ilə sevir və Azərbaycanımız durduqca sevəcək. Bu sonsuz xalq sevgisi böyük sənətkarın halal haqqıdır, millətinə, xalqına göstərdiyi əvəzsiz xidmətin nəticəsidir.
Üç saata yaxın davam edən möhtəşəm gecənin nə səhnədəki sənətçilər, nə də bütün gecə boyu alqışlarını əsirgəməyən tamaşaçılar bitirmək istəmirdi. Heç kim Rəşid sənətinin möczəsindən, Rəşid dünyasının sehrinfən ayrılmaq istəmirdi.
Hələ 1950-ci illərdə Rəşid Behbudovun ifasında olduqca məşhur bir mahnı vardı-"Qarabağlı şən oğlan". Bu mahnının ilkin variantı "Lənkəranlı şən oğlan" adlanırdı. Qəribə tarixi var bu mahnının. Nə vaxtsa bu haqdq ayrıca bir yazı yazmaq lazım olacaq. Arxivimizdə mahnının sözləri yazılmış vərəqdə Rəşid öz əli ilə düzəliş edib. "Lənkəranlı" sözünün üstündən xətt çəkərək "Qarabağlı" yazıb. Sözləri Q. Stroqanov, musiqisi V. Dolidzeyə məxsus olan mahnı olduqca populyar idi. Dəfələrlə vala yazılmışdı. SSRİ Ümumittifaq radiosunun Qızıl fonduna daxil edilmişdi və vaxtaşırı efirdə səslənirdi. Hətta səsli poçt açıqcası kimi də buraxılmışdı. İnsanlar bir birini bu səsli açıqca ilə təbrik edirdilər. Təsəvvür edirsinizmi populyarlığın həddini? Rəsmi poçt açıqcası, içində mini val. Valda da "Qarabağlı şən oğlan" mahnısı. İndiki kimi texnoloji imkanlar yox idi ki, insanlar bir birinə mesaj göndərsin. Hamı gedirfi poçt şöbəsinə və açıqca alıb bir birinə göndərirdilər. Tirajı millionlarla ölçülən "Qarabağlı şən oğlan" mahnısı radio efirlərindən başqa, beləcə poçt açıqcaları ilə də ucsuz-bucaqsız ölkənin hər yerinə yayılmışdı. 1950-ci illərdə Rəşidin əslən Qarabağlı olduğunu, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünyaya çar çəkməsi öncəgörmədənmi irəli gəlirdi? 35 il sonra bədnam qonşuların Qarabağa iddiasını necə hiss etmişdi? Bunun qarşısını almaq üçün "Lənkəranlı şən oğlan" mahnısını dəyişərək "Qarabağlı şən oğlan" oxuyaraq dünyaya Qsrabağın əzəli Azərbaycan torpqğı olmasını bəyan etmişdi. Düşmən bunu Rəşidə bağışlamadı. Qarabağ dərdimizin ilk qurbanlarından oldu Rəşid.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdə rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti ilə doğma Qarabağ düşmən tapdağından azad edildi. Mübarək Zəfərimiz nəticəsində Qarabağımız Vətənə qovuşdu. Bütün şəhidlərimizin, o cümlədən "Qarabağlı şən oğlan" Rəşidin qisası düşməndən alındı.
Ölməz sənətkarın əziz xatirəsinə həsr edilmiş bu möhtəşəm gecə Zəfərimizin təntənəsinə yaraşan bir səviyyədə idi. Biz bütün sahədə Şanlı Zəfərimizə layiq işlər görməliyik. Müzəffər Ali Baş Komandanın bizə yaşatdığı Şanlı Zəfərə köklənməliyik!
Azərbaycan Respublikası Mədəbiyyət Nazirliyinin təşkil etdiyi Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunmuş tədbirin belə yüksək səviyyədə keçirilməsinə görə Rəşid Behbudovun ailə üzvləri adından mədəniyyət nazirliyinnin bütün əməkdaşlarına, Heydər Əliyev Sarayının, Azərbaycan Milli Akademik opera və balet teatrının, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivlərinə təşəkkürümüzü bildiririk. Gecədə yüksək peşəkarlıq nümayiş etdirən sənətkarlara:
Xalq artistləri Yusif Eyvazova, Salman Qəmbərova, Aygün Bayramovaya, Gülyanaq Məmmədovaya, Azər Zeynalova, Samir Cəfərova, Fidan Hacıyevaya, Əməkdat artistlər Ramil Qasımova, Abbas Bağırova, Fərid Əliyevə, solistlər Zamiq Hüseynova, İlhamə Qasımovaya, Rövşən Qəhrəmanova, Fəxri Kazım-Nicata, Leyla Rəhomovaya, Azad Şabanova, Anar Şuşalıya, Taleh Yahyavevə, Nicat Aslanova, Elbay Məmmədzadəyə, Bəbir Bəbirliyə, dirijorlar Ellada Məmmədovaya, Eyyub Quliyevə minnətdarlıq edir və yaradıcılıq uğurları arzulayırıq. Bu unudulmaz gecənin təşkilində əməyi keçən hər kəsə sağ ol deyirik.
Rəşid Behbudovun əziz xatirəsinə göstərilən sonsuz ehtiram bütün xalqımız kimi bizi də hədsiz sevindirir. Belə tədbirlərin keçirilməsi olduqca vacibdir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında, milli dəyərlərimizin təbliği istiqamətində bu tədbirlərin önəmi çox böyükdür.
Azərbaycan mədəniyyətinin, milli dəyərlərimizin qorunub saxlanmasında, inkişafında, bütün dünyada ən yüksək səviyyədə təbliğ olunmasında misilsiz xidmətlər göstərən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti sevimli Mehriban xanım Əliyeva "Azərbaycan İrs" jurnalının 2001-ci ildə bütünlüklə Rəşid Behbudova həsr olunmuş 8-ci nömrəsində böyük sənətkara həsr olunmuş məqaləsini bu fikirlərlə bitirir:
"Şirin ana laylasından dilimizin ətri gəlir. Beşikdəykən uşaqlıq dünyamız anamızın ətrinə bürünən laylay və nazlamalarla dolu bir dildə yaranır. Bizim hamımızı öz qoynuna alan böyük Azərbaycan dünyası da elə bil bütovlükdə Rəşid səsi, Rəşid avazı, Rəşid nəğməsi ilə bizi böyüdüb boya-başa çatdırıb. Bu dünya durduqca Rəşid möcüzəsi də yaşayacaqdır."
Rəşidə xanım Behbudova
Kamil Şahverdi