AZ

Qusarda bəstəkar Elza İbrahimovanın büstünün açılışı oldu

ain.az, Kulis.az saytına istinadən bildirir.

Qusar İncəsənət Məktəbinin önündə görkəmli bəstəkar Elza İbrahimovanın büstünün açılışı olub.

Kulis.az xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələrinin təşəbbüsü ilə baş tutan bu tədbirdə rayonun ağsaqqalları, tanınmış ziyalıları, Elza İbrahimova sənətinin vurğunları və bəstəkarın qardaşı Çingiz İbrahimov iştirak edib.

Qeyd olunub ki, Azərbaycan musiqi mədəniyyətinin parlaq ulduzlarından biri, musiqimizin inkişafına böyük töhfələr vermiş görkəmli bəstəkar Elza İbrahimova bu gün də dillər əzbəri olan əsərlərin müəllifidir: "Vətən sevgisi, insanlara olan dərin məhəbbəti və incə zövqü onun musiqisində özünü açıq-aydın göstərir.

Sonra rayon incəsənət məktəbinin yetirmələrinin iştirakı ilə bəstəkarın mahnılarından ibarət konsert olub. Azərbaycan Respublikasının və Dağıstanın xalq artisti Elza İbrahimova 1938-ci il yanvarın 10-da Hacıqabul şəhərində anadan olmuş, uşaqlıqdan musiqiyə olan məhəbbəti valideynləri tərəfindən dəstəklənib.

Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirib.

Uşaq yaşlarından musiqi alətləri ilə tanışlıq və bu sahədə təhsil alması onun yaradıcılıq potensialının formalaşmasında mühüm rol oynayıb.

1969-cu ildə Məmməd Rahimin sözlərinə bəstələdiyi "Yalan ha deyil" mahnısı ilə musiqi dünyasına qədəm qoymuş Elza İbrahimova, Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri kimi tanınır.

Bəstəkar yalnız estrada janrı ilə kifayətlənməyib, həm də fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil", Qarabağ faciəsini əks etdirən, muğam üzərində yazılmış "Yanan laylalar" operaları, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə “Neftçilər” himnini, o cümlədən milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, "20 Yanvar", "Qarabağ", "Şəhid qardaş", "Səngərlər" əsərlərini bəstələyib.

Onun yaradıcılığı həm romanslar, həm sonatalar, həm də kvartetlər daxil olmaqla geniş diapazonu əhatə edir. Rəşid Behbudovun ifasında səslənən "Ey Vətən" əsəri isə dünya səviyyəsində Azərbaycanı təmsil edən nadir musiqi nümunələrindən biridir.

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Rafiq Quliyev: “Filmlərimizin 90 faizi qeyri-səmimidir” - Müsahibə

Səddam Laçının kitabının IV nəşri çap olundu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
kulis.az

1Mənbələr