AZ

“Rusiya və Ukrayna cəbhə xəttinin bir hissəsində atəşkəs razılığına gəliblər”

ain.az bildirir, Ayna portalına istinadən.

Atəşkəsin tətbiqi Zaporojye AES-də qalan son ehtiyat elektrik xəttində təmir işlərinə başlamağa imkan verəcək

Rusiya və Ukrayna Zaporojye Atom Elektrik Stansiyasında (AES) təmir işlərinə imkan verəcək yerli atəşkəs barədə razılığa gəliblər. AYNA.AZ xəbər verir ki, bu barədə MAQATE direktoru Rafael Qrossi bildirib.

Onun sözlərinə görə, yerli atəşkəsin tətbiqi Zaporojye AES-də qalan son ehtiyat elektrik xəttində təmir işlərinə başlamağa imkan verəcək.

Qeyd olunub ki, Ukrayna texniki mütəxəssisləri yaxın günlərdə döyüşlər nəticəsində zədələnmiş və bağlanmış 330 kV-luq xəttdə təmir işlərinə başlayacaqlar. Nəticədə, Avropanın ən böyük nüvə elektrik stansiyası hazırda yeganə işləyən 750 kV-luq əsas elektrik xəttindən asılıdır.

"MAQATE Zaporojye AES-də nüvə təhlükəsizliyini təmin etmək və münaqişə zamanı nüvə qəzasının qarşısını almaq üçün hər iki tərəflə sıx əməkdaşlıq etməyə davam edir. Əldə etdiyimiz dördüncü müvəqqəti atəşkəs, oynamağa davam etdiyimiz əvəzsiz rolu nümayiş etdirir", - Qrossi əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
ayna.az

1Mənbələr