AZ

İlham Əliyev və Donald Tramp arasında yeni görüş ola bilər

Yanvarın 19–23-də dünyanın siyasi və iqtisadi elitası, maliyyə və texnologiya sahəsinin nəhəngləri Davosa toplaşacaq. Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) dialoq mədəniyyətinə həsr edilmiş builki toplantısında dünyanın 130-dan çox ölkəsindən 3 000-ə qədər iştirakçı olacaq. Təxminən 400 yüksək səviyyəli siyasi lider arasında 65 dövlət və hökumət başçısı - prezidentlər və baş nazirlər yer alacaq.

Dünya liderləri niyə bu toplantıda iştirak etməyə bu qədər maraqlıdırlar?

Aznews.az xəbər verir ki, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi “Yeni Sabah”a açıqlamasında bildirib ki, onları Davosa toplayan bu forum artıq yalnız iqtisadi müzakirə platforması deyil:

“İllik görüş dünya düzəninə real təsir göstərən mühüm qərar mərkəzlərindən birinə çevrilib. Açıq demək lazımdır ki, bir sıra beynəlxalq institutların, xüsusilə də BMT-nin qərar qəbuletmə mexanizmlərində yaranan ləngimələr və digər çatışmazlıqlar Davosun rolunu daha da gücləndirib. Son illərə qədər dünyanın ən böyük siyasi təşkilatı sayılan BMT-nin bir çox məsələlərdə təsir gücünü qismən itirməsi bu prosesi sürətləndirib.

Davos Forumunun əsas üstünlüyü çevik, bürokratiyadan uzaq və çoxtərəfli dialoq imkanları yaratmasıdır. Burada dövlət başçıları, transmilli şirkətlərin rəhbərləri, maliyyə mərkəzləri, texnologiya nəhəngləri və qlobal fikir liderləri eyni masa arxasında bir araya gəlirlər. Bu da bəzən rəsmi beynəlxalq təşkilatların illərlə müzakirə etdiyi məsələlərin Davosda qısa müddətdə irəli aparılmasına şərait yaradır. Bir çox hallarda burada səslənən ideyalar sonradan beynəlxalq siyasətin və iqtisadi qərarların əsas xəttini müəyyən edir, hətta dünyadakı hadisələrin gedişatına təsir göstərir. Üstəlik, bu təsir yalnız siyasət və iqtisadiyyatla məhdudlaşmır, elm və mədəniyyəti, digər sahələri də əhatə edir”.

Adəm İsmayıl Bakuvi qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Davos Forumunun daimi iştirakçılarındandır:

“Dövlət başçısı müntəzəm olaraq geniş tərkibli nümayəndə heyəti ilə forumun işində iştirak edir, tədbir çərçivəsində dünya liderləri və iri şirkətlərin rəhbərləri ilə səmərəli görüşlər keçirir.

Artıq gələn həftə keçiriləcək forumda da Azərbaycan Prezidentinin iştirakı təsdiqlənib. Dövlət başçısının “Avrasiyanın iqtisadi kimliyinin müəyyənləşdirilməsi” sessiyasında çıxış edəcəyi gözlənilir. Sessiyada Qafqaz regionunda yeni yaranan ticarət dəhlizləri, infrastruktur layihələrindən faydalanma, resurslar uğrunda rəqabət və digər mühüm mövzular müzakirə olunacaq. Bundan əlavə, forumda dünya liderlərinin geniş iştirakı nəzərə alınaraq müxtəlif formatlarda (D-8 çərçivəsi də ola bilər) görüşlərin keçirilməsi də istisna deyil.

Seçilən
124
7
aznews.az

8Mənbələr