Premyer Liqanın iki təmsilçisi bu gün yoxlama oyununda üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, "Karvan-Yevlax" doğma meydanda "Kəpəz"lə qarşılaşıb.
Azər Bağırovun baş məşqçisi olduğu Gəncə təmsilçisi Yevlax şəhər stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.
Qeyd edək ki, bu, "Karvan-Yevlax"ın ilk sınaq görüşü olub. "Kəpəz" isə daha əvvəl yoxlama matçında "Qəbələ"yə 1:3 hesabı ilə uduzub.