İran lideri Əli Xamenei ölkəsində baş verən və insan itkisi və əmlak itkisi ilə nəticələnən son küçə etirazlarına görə ABŞ-ı günahlandırdı.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Xamenei Tehranda ictimaiyyətə müraciət edib.
Xamenei deyib: "Son fitnədə ABŞ prezidenti özü müdaxilə etdi. O, danışdı, təhdid etdi, təhrikçiləri həvəsləndirdi və dəstəklədi. Biz ABŞ prezidentini insan itkisinə, vurduğu ziyana və İran xalqına qarşı etdiyi təhqirlərə görə günahkar hesab edirik".
Xameneyi Vaşinqton administrasiyasının siyasətinin həmişə "İranı cilovlamaq" olduğunu bildirərək əlavə etdi: "Son fitnə ABŞ-dan qaynaqlanan bir fitnə idi və ABŞ-ın məqsədi İranı udmaq idi".
Ölkəni müharibəyə sürükləmək istəmədiklərini vurğulayan Xamenei, "ABŞ və İsrailin son hadisələrdə əli olduğuna dair dəlillər var. İran xalqı bu fitnəni törədən daxili və beynəlxalq cinayətkarları təqib etməkdən heç vaxt əl çəkməyəcək" dedi.
Aytən Yaşar/ Turkustan.az