AZ

Məşhur türk müğənnidən ilginç açıqlama: “Mənə cin girmişdi”

Narkotik istintaqı çərçivəsində saxlanılan və narkoloji testi müsbət çıxan məşhur türkiyəli müğənni Yusuf Güney açıqlaması ilə gündəm olub.

Moderator.az xəbər verir ki, sosial media hesabından canlı yayın açan Güney, “Mənə cin girmişdi” deyərək hər kəsi təəccübləndirib.

Belə ki, müğənni Ağrı şəhərində verdiyi konsertdən sonra astral səyahət yaşadığını idda edrək başına gələnlər barədə danışıb:

“Görünən varlıqlar var idi, onlarla mübarizə apardım. Baxdılar ki, sözə baxmıram, içimə cin göndərdilər. Dəli olmağım və ağlımı itirməyim üçün… Evdə oturarkən gəlirdilər, fiziki olaraq onları görürdüm. Əvvəl çox qorxmağa başladım, sonra bu vəziyyət mənim üçün normallaşdı. Elə varlıqlar vardı ki, adlarını söyləyirdilər. Ağla gəlməyəcək şeylər yaşadım. Evdəki pişiyi də dəli etdilər, evin içində gördüyü varlıqlara görə özündən çıxırdı,” — deyə Yusuf Güney bildirib.

Xatırladaq ki, İstanbul Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində barəsində saxlanılma qərarı verilən, lakin əvvəlcə evində tapılmayan müğənni Yusuf Güney sonradan saxlanılmışdı. Ancaq narkoloji test üçün qan və saç nümunələri götürüldükdən sonra sərbəst buraxılmışdı. Müğənnidən gütürülən saç və qan nümunələrində isə kokain maddəsi aşkarlanmışdı.  Narkotik testinin müsbət çıxması ilə bağlı xəbərlərin mediada yayılmasından sonra ona ünvanlanan tənqidlərə sərt reaksiya verən müğənni, “Mən utanılacaq heç bir şey etməmişəm” deyə açıqlama vermişdi.

Seçilən
25
2
moderator.az

3Mənbələr