AZ

İlon Mask OpenAI və Microsoft dan milyardlarla dollar təzminat istəyir

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Amerikalı sahibkar İlon Mask "OpenAI" və "Microsoft" şirkətlərə qarşı milyardlarla dollarlıq təzminat iddiası irəli sürüb.

Oxu.Az-ın xəbərinə görə, "Bloomberg" bu barədə məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

İlon Mask məhkəməyə müraciətində bildirib ki, "OpenAI" fəaliyyətinin qeyri-kommersiya xarakterini inkar etməklə onu çaşdırıb. Buna görə də, sahibkar indi şirkətin təxminən 500 milyard dollar dəyərində qiymətləndirilən cari bazar kapitallaşmasının bir hissəsinə haqqı olduğunu düşünür.

İddiaya görə, "OpenAI" İ.Maskın 2015-ci ildə şirkətin təsis edilməsinə yatırdığı təxminən 38 milyon dollarlıq ilkin maliyyələşdirmədən sui-istifadə edib və sonradan bundan qazanc götürüb.

"Bloomberg" yazıb ki, Mask "OpenAI" və "Microsoft"un ona 79 milyarddan başlayaraq 134 milyard dollaradək təzminat ödəməsini istəyir.

"OpenAI" isə iddianı İ.Maskın təzyiq və təqib kampaniyasının bir hissəsi hesab etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
2
oxu.az

3Mənbələr