Bakı, 17 yanvar, AZƏRTAC
Livanla sərhəddə, Qələmun dağlarında yerləşən və əvvəllər qaçaqmalçılıq mərkəzi kimi tanınan Suriyanın Əl-Məşrəfa kəndi gözlənilmədən populyar turizm istiqamətinə çevrilib.
AZƏRTAC xəbər verir ki, buna səbəb ərazini mənzərəli qış landşaftına çevirən bol qar yağması olub.
Vətəndaş müharibəsi başa çatandan və Bəşər Əsəd rejiminin süqutundan sonra suriyalılar əvvəllər ziyarət üçün qapalı olan sərhədyanı ərazilərə çıxış əldə ediblər. Onların bir çoxu bu yerlərə ilk dəfə səfər ediblər. Turistlərdə əlavə maraq təkcə qar və dağ təbiətinə deyil, həm də yerli təam olan qarla təqdim olunan üzüm şərbəti “baasama”yadır.
Əl-Məşrəfadan sosial şəbəkələrdə yayılan videoçarxlar, xüsusilə də uzun müddət qar görməyən insanlar arasında kəndə marağı artırıb.