AZ

Cəfər Cabbarlının büstünün restavrasiyasına başlanılıb, Kinopark ın layihələndirilməsi yekunlaşır VİDEO

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cəfər Cabbarlının adını daşıdığı Azərbaycanfilm kinostudiyasının həyətində yerləşən büstünün restavrasiyasına başlanılıb.

Bu barədə APA-ya Kinostudiyadan məlumat verilib.

Bildirilib ki, büstün bərpası işlərinə Rəssamlıq Akademiyasının mütəxəssisləri cəlb olunur, növbəti mərhələdə ətrafda abadlıq işləri həyəta keçirilməsi nəzərdə tutulub.

"Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının bazasında "Kinopark" layihəsi inkişaf etdirilir və tezliklə yekunlaşacaq. Nəticədə burada onlarla kinoşirkəti əhatə edən, yüzlərlə insanın çalışacağı məkan formalaşacaq və kino sənayesinin müxtəlif qurumları burada cəmləşəcək", - məlumatda qeyd olunub

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
10
apa.az

10Mənbələr