AZ

Tramp Ərdoğana dəvət göndərdi

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana dəvət göndərib.

"Yeni Sabah" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran məlumat verib.

O bildirib ki, Tramp rəhbəri olduğu Sülh Şurasında Türkiyə liderinin də üzv kimi iştirak etməsi üçün Ərdoğana müraciət ünvanlayıb.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Qəzza zolağını idarə edəcək Sülh Şurasının yaradıldığını açıqlayıb.


Telegram kanalımız
Seçilən
10
2
yenisabah.az

3Mənbələr