AZ

Trampdan Ərdoğana KRİTİK MƏKTUB

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Şurasında təsisçi üzv kimi iştirak etməyə dəvət edib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya Direktoru Burhanettin Duran sosial media hesabından etdiyi paylaşımda məlumat verib.

Burhanettin Duranın açıqlamasının tam mətni belədir:

“Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 2803 saylı qətnamə ilə, ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan Qəzza Münaqişəsini Bitirmək üçün Əhatəli Planı (Comprehensive Plan to End the Gaza Conflict) dəstəkləmək qərarına gəlib. Bu çərçivədə, Qəzzada təhlükəsizliyin təmin olunması və yenidən qurulmasından məsul olacaq Sülh Şurası və Orqanları təsis edilməlidir. ABŞ Prezidenti Donald Tramp 16 yanvar 2026-cı il tarixində, Sülh Şurasının təsisçi sədri kimi bir məktub göndərərək, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasında təsisçi üzv kimi iştirak etməyə dəvət edib.”

 

Seçilən
31
moderator.az

1Mənbələr