ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-də yanvarın 7-də İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən ABŞ vətəndaşı olan bir qadının öldürülməsi ölkə miqyasında etirazlara səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, bu hadisələr fonunda Kaliforniya ştatının qubernatoru Gavin Nyusom ABŞ Prezidenti Donald Trampı sərt tənqid edərək, onun ölkədə vətəndaş müharibəsi yaratmağa çalışdığını bildirib.
Demokrat Partiyasında növbəti prezident seçkilərinin ən güclü namizəd namizədlərindən biri kimi qiymətləndirilən Nyusom San-Fransiskoda keçirdiyi mətbuat konfransında Tramp administrasiyasının irqçiliyi təşviq etdiyini vurğulayıb. O, ABŞ-də “müasir dünya tarixində görünməmiş miqyasda korrupsiya və rüşvətxorluğun” hökm sürdüyünü deyib.
Qubernator qeyd edib ki, ABŞ şəhərlərinə “Apaçi” helikopterləri endirilir, maskalı silahlı şəxslər küçələrdə dolaşır:
“Bu ölkədə vətəndaş müharibəsi çıxarmağa çalışırlar. Minneapolisdə edilənlər tam bir rüsvayçılıqdır”.
Nyusom Tramp administrasiyasının “ağ irqin üstünlüyü” ideyasını təbliğ etdiyini iddia edərək, ölkədə “müasir dünya tarixində misli görünməmiş səviyyədə korrupsiya və rüşvətxorluğun” mövcud olduğunu bildirib.
O, ABŞ-də “bir növ qırmızı həyəcan vəziyyəti”nin yarandığını vurğulayıb:
“Əgər səsimizi çıxarmasaq, respublikamızı itirəcəyik. Buna görə də dinc şəkildə etiraz edən insanları alqışlayıram. Cəsur və sadiq insanları alqışlayıram”.
ABŞ ictimaiyyətini baş verənlərə biganə qalmamağa çağıran Nyusom xalqı baş verənlərə “oyanmağa” səslədiyini bildirib:
“Bu bizim şansımızdır. Nümayəndələr Palatasını və Senatı geri ala bilərik. Əgər üzərimizə düşən vəzifəni, yəni xalq suverenliyini təmin etməyi bacarsaq”.
Trampın ABŞ-ni “daha zəngin və daha sağlam” edəcəyi ilə bağlı vədini xatırladan Kaliforniya qubernatoru əlavə edib:
“Amma hazırda biz daha kasıbıq və daha xəstəyik”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.