AZ

Maşınlardan maqnitofon oğurlayan şəxs tutuldu

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən  "Unikal"a verilən məlumata görə, paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb.

Hadisələr zamanı zərərçəkənlərə, ümumilikdə, 2144 manat maddi ziyan vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
12
unikal.az

10Mənbələr