ABŞ-nin Harvard Universiteti qlobal akademik liderliyini itirib.
"Cebheinfo.az" xəbər verir ki, Harvard Universiteti Niderlandda yerləşən “CWTS Leiden Ranking” reytinqində üç pillə geriləyib.
Çinin Zhejiang Universiteti birinci, Şanxay Jiao Tong Universiteti isə ikinci pillədə qərarlaşıb və bununla da Harvardı geridə qoyub. Hazırda Çin universitetləri ilk onluqda səkkiz yeri tutub.
Bu vəziyyət qlobal akademik tədqiqatlarda liderliyin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilir. Çin universitetləri tədqiqat həcmini və elmi istinadların (sitatların) sayını ABŞ-dəki ali təhsil müəssisələrindən daha sürətlə artırır.
Tramp administrasiyasının ABŞ-də elmi-tədqiqat fondlarında etdiyi ixtisarlar isə universitetlərin mövqeyinin zəifləməsinə səbəb olan əsas amillərdən biri kimi göstərilir.