AZ

Orban Qərbi Avropanı bu məsələdə günahlandırır

Macarıstanın Baş naziri Viktor Orban Qərbi Avropa ölkələrini qlobal müharibəyə hazırlaşmaqda günahlandırdı.

NOCOMMENT.az xəbər verir ki, Macarıstanın hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının fəalları ilə görüşdə siyasətçi bildirib ki, Avropa İttifaqı (Aİ) liderlərinin görüşləri Rusiyanı necə məğlub etmək barədə müzakirələr aparan müharibə şuralarına çevrilib. Orban həmçinin xatırladıb ki, Avropa 2022-ci ildən bəri Ukraynaya 193 milyard avrodan çox vəsait ayırıb və hazırda bu xərcləri geri qaytarmağın yollarını axtarır. Aİ Ukraynaya növbəti iki il ərzində 90 milyard avro hərbi kredit, 10 il ərzində isə yenidənqurma üçün əlavə 800 milyard dollar ayırmağı planlaşdırır. Brüssel bu pulu Rusiyadan təzminatlar və dondurulmuş aktivlərinin müsadirə edilməsi yolu ilə geri qaytarmağa ümid edir.

Orban həmçinin qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdən imtina edib və indi Avropa bu xərcləri öz vətəndaşları ilə ödəmək istəyir. “Kredit müqaviləsinin müddəti bitdikdə, ukraynalılar krediti qaytara bilməyəcəklər və sonra bankirlər avropalılardan pulu alacaqlar”, – deyə siyasətçi bildirib.

O əlavə edib ki, Brüsselin siyasəti Avropanı məhv edir və yeni dünya müharibəsi təhlükəsi yaradır. Orban mövcud siyasi vəziyyəti Birinci və İkinci Dünya Müharibələrindən əvvəl qitədə yaranmış vəziyyətlə müqayisə edib. O, partiya fəallarına əminlik verib ki, aprel seçkilərində qalib gələrsə, Macarıstanın Ukrayna ilə bağlı münaqişəyə cəlb olunmasına imkan verməyəcək və Aİ liderlərinin planlarını dəstəkləməyəcək.

Orban əvvəllər Ukraynanın 800 milyard dollar tələblərinə cavab vermişdi . Siyasətçi bildirib ki, pul ağaclarda bitmir.

Seçilən
76
nocomment.az

1Mənbələr