
“Real Madrid” komandanın baş məşqçisi vəzifəsi üçün potensial namizədləri araşdırır. Onlardan biri hazırda “Arsenal”a rəhbərlik edən ispaniyalı məşqçi Mikel Artetadır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırkı “Los Blancos” baş məşqçisi Alvaro Arbeloanın gələn mövsüm də vəzifəsində qalması ehtimalı azdır. Lakin “Arsenal”ın idman direktoru Andrea Berta və Arteta hazırda 43 yaşlı mütəxəssis üçün yeni müqavilə danışıqları aparırlar.