AZ

“Neftçi”nin baş məşqçisi Samir Abasovun qərarlarına təəccübləndi

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Samir Abasovun bəzi qərarlarına təəccüblənib.

Ölkə.Az xəbər verir ki, ötən ilin dekabrından etibarən burada çalışmağa başlayan ukraynalı ondan əvvəl komandanın başında dayanmış yerli həmkarının transfer vizyonunu «qəribə» adlandırıb. Bu barədə Sportinfo yazıb.

Qeyd edilir ki, Abasovun mövsümlərarası dönəmdə apardığı seleksiya işi barədə klub rəsmiləri ilə söhbətləşən mütəxəssis heyərt içində olduğunu bildirib.

59 yaşlı sükançı deyib ki, o, bir neçə legionerin hansı fikirlərlə düşərgəyə cəlb edilməsini anlamağa çətinlik çəkir.

Vernidub söyləyib ki, 3-4 legioner klubun məqsədlərinə, iddiasına cavab vermir və bunu görmək üçün dahi olmağa gərək yoxdur. Həmin əcnəbilərin yerlilərdən üstün təsir bağışlamadığı halda, onlarla birbaşa müqavilə bağlanmasını təəssüf hissi ilə qarşılayan çalışdırıcı vurğulayıb ki, komandanın mövsümə bərbad başlamasının əsas səbəblərindən biri budur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
162
2
olke.az

3Mənbələr