Amerika Birləşmiş Ştatları BRICS çərçivəsində keçirilən hərbi-dəniz təlimlərindən sonra Cənubi Afrika Respublikasını açıq şəkildə tənqid edib.
"Ölkə.az" xəbər verir ki, söhbət Rusiya, Çin və İranın iştirakı ilə baş tutan təlimlərdən gedir.
Vaşinqtonda bildirilib ki, Pretoriyanın bu addımı ABŞ-ın milli təhlükəsizliyinə zərbə vurur və iki ölkə arasındakı münasibətlərdə gərginliyi daha da artırır. ABŞ rəsmilərinin fikrincə, Cənubi Afrikanın bu cür hərbi əməkdaşlıqlara qoşulması regionda balansı pozur və Qərblə münasibətlərə mənfi təsir göstərir.
Bloomberg-in məlumatına görə, ABŞ tərəfi Cənubi Afrikanın neytrallıq iddialarını inandırıcı hesab etmir və onun Rusiya, Çin və İranla hərbi yaxınlaşmasını strateji risk kimi qiymətləndirir. Qeyd olunur ki, Cənubi Afrikanın xarici siyasət kursunun Qərblə münasibətlərdə yeni gərginlik mərhələsinə keçdiyini göstərir.(Musavat.com)