AZ

Etirazlar İran hakimiyyətini bu üsula əl atmağa VADAR ETDİ

İran etirazlardan sonra internetin bağlanması fonunda milli mesajlaşma tətbiqlərini yenidən aktivləşdirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə IRIB xəbər agentliyi məlumat yayıb.

"Yaxın zamanda "Bale", "Rubika", "Soroush Plus" və "Igap" milli messencerlərində hakimiyyət orqanları tərəfindən təsdiqlənmiş və identifikasiya olunmuş, “mavi işarə”yə (kanalın rəsmi və orijinal olduğunu təsdiqləyən nişan) malik kanallar aktivləşdiriləcək", - bəyanatda deyilir

Vurğulanıb ki, indiyə qədər yalnız İranın rəsmi media kanallarının fəaliyyət göstərməsinə icazə var idi.

"Mehr" xəbər agentliyi daha əvvəl İranda bəzi istifadəçilər üçün internetin yenidən əlçatan olduğunu bildirmişdi.

Seçilən
104
publika.az

1Mənbələr