AZ

İsmayıllı bazarında CİDDİ NÖQSANLARVİDEO

Ciddi nöqsanlar aşkarlandığından süd və süd məhsullarının satıldığı bazar bağlanıb.

Xezerxeber.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin İsmayıllı Bazarında apardığı yoxlamalar zamanı 4 sahibkara məxsus süd məhsullarının qida üçün yararsız olduğu müəyyən edilib. Aşkarlanmış nöqsanlara görə həmin sahibkarlar 1500 manat məbləğində cərimə tətbiq olunub. Bundan sonra bazarın sözügedən hissəsinin fəaliyyəti tam dayandırılıb.

Qərar nəticəsində kəsimlə məşğul olan 10-a yaxın sahibkarın əti soyuducularda qalıb. Hazırda əldə olan məhsullar - ət, yağ, süd məhsulları və yumurta - satışa çıxarıla bilmədiyi üçün xarab olmaq təhlükəsi ilə üz-üzədir. Xüsusilə ət və süd məhsulları satanlar ciddi maddi zərərlə qarşılaşdıqlarını bildirirlər. Qeyd olunur ki, yumurta da qısa müddət ərzində yararsız hala düşə bilər.

Sahibkarlar bildirirlər ki, yalnız iki satış məntəqəsində problem aşkar edilsə də, bütün bazarın bağlanması onların fəaliyyətinə və dolanışığına ciddi təsir göstərib. Onlar aidiyyəti qurumlardan məsələyə yenidən baxılmasını və zərərin azaldılması üçün müvafiq addımların atılmasını istəyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
59
xezerxeber.az

1Mənbələr