Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəXaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdəqalması barədə məlumat daxil olub.
Trend xəbər verirki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumat daxil olan kimi FHN-in Şimal Regional Mərkəzininxilasediciləri hadisə yerinə cəlb edilib.
Əməliyyat zamanı müəyyən edilib ki, 1989-cu il təvəllüdlüAğabalayev Ramin Əlisahib oğlu istehsalat sexində qurğununüzərindən təxminən 6 metr dərinliyindəki texniki əraziyə yıxılaraqmüxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdəqalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R.Ağabalayevi təhlükəsiz şəkildə yıxıldığı ərazidən çıxararaq təcilitibbi yardım briqadasına təhvil veriblər.