AZ

İranda son hadisələrdə ictimai əmlaka ciddi şəkildə ziyan vurulub - Səfirlik

Bakı. Trend:

İranda baş verən son hadisələrdə ictimai əmlaka ciddi şəkildəziyan vurulub.

Bu barədə Trend-əİranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, çox sayda ictimai iaşə obyekti, dövlət binası vəpolis məntəqəsi yandırılaraq tamamilə yararsız halasalınmışdır.

Vətəndaşlara məxsus mülklər və mənzillər hədəf alınmış, bəzişəhərlərdə 200-ə yaxın ticarət obyekti odlanmışdır.
Mağazalarını bağlamaqdan imtina edən sahibkarlar fiziki məhv vəyandırılma ilə hədələnmişlər.

Xüsusi təyinatlı texnikalar hədəfə alınmış; 53 yanğınsöndürən və180 təcili tibbi yardım maşını yandırılmışdır.
Təkcə paytaxtda 26 bank filialı və 25 məscid vandalizm aktına məruzqalaraq yandırılmışdır.

Ölkə miqyasında ümumilikdə 53 məscid odlanmışdır.

Yaralı şəxslər qətlə yetirilmişdir; belə ki, vətəndaşlarınyaralıları xəstəxanaya çatdırmaq cəhdi zamanı, bəzi şəxslər köməkbəhanəsi ilə onlara qoşulmuş, lakin bir qədər sonra hər 11 yaralıyayaxın məsafədən "nəzarət atəşi" açaraq onları qətləyetirmişlər.

Silahlı terrorçulardan 1300-dən çox odlu silah və hərbi sursataşkar edilərək müsadirə olunmuşdur.

Seçilən
113
1
az.trend.az

10Mənbələr