AZ

Miley MERCOSUR AB sazişinin təhrifinin qarşısının alınmasını istəyir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cənubun Ortaq Bazarı (MERCOSUR) və Avropa Birliyi (AB) ölkələri imzaladıqları azad ticarət sazişinin icrası zamanı təhrif olunmasının qarşısını almalıdırlar.

Bizimyol.info xəbər verir ki, bu çağırışı Argentina Prezidenti Xavyer Miley tərəfindən Asunsyonda keçirilən imzalama mərasimində çıxış edərkən səsləndirilib.

"Amma bir şeyi bir daha vurğulamaq istəyirəm: əldə edilən razılaşmaların ruhunun icra mərhələsində qorunması vacibdir. Kvotalar, qoruyucu tədbirlər və ya ekvivalent təsirə malik tədbirlər kimi girişi məhdudlaşdıran mexanizmlərin tətbiqi sazişin iqtisadi təsirini əhəmiyyətli dərəcədə azaldacaq və onun əsas məqsədinə xələl gətirəcək. Parlamentlərimizdə bunun baş verməməsini təmin etməliyik", - deyə o, Paraqvay hökumətinin "YouTube" kanalında yayımlanan mərasimdə bildirib.

Paraqvay Prezidenti Santyaqo Pena da tərəfləri "səhv rahatlıq" barədə xəbərdar edib. "Bu nöqtəyə çatmaq üçün çox vaxt itirdik və daha da sərfəli bir razılaşma bağlaya bilərdik", - deyə o bildirib. Onun sözlərinə görə, MERCOSUR indi ümid edir ki, müqavilə nəticədə "əsas benefisiarlarına - Avropa və Cənubi Amerikadakı milyonlarla insana" fayda verəcək.

Qeyd edək ki, 9 yanvarda AB ölkələri 2000-ci ildən bəri danışıqlar aparılan MERCOSUR ilə azad ticarət müqaviləsi imzalamaq üçün səs veriblər. Sazişə Latın Amerikasından bölgəyə daha ucuz kənd təsərrüfatı məhsullarının kütləvi axınından qorxan Avropa kənd təsərrüfatı lobbiləri qarşı çıxıb.

İmzalanan müqavilə 720 milyon insanın yaşadığı ən böyük azad ticarət zonalarından birini yaradır. Onların ümumi ÜDM-i 24,2 trilyon dollardır ki, bu da qlobal ÜDM-in 20,2%-nə bərabərdir.

"CNN Brasil"in məlumatına görə, müqavilə qüvvəyə mindikdən sonra MERCOSUR ölkələri avtomobillər də daxil olmaqla, AB ölkələrindən idxal edilən malların təxminən 91%-nə tarifləri ləğv edəcəklər. Əvvəllər Avropa mallarının yalnız 35%-i rüsumsuz idi. Növbəti 10 il ərzində AB ölkələri MERCOSUR ölkələrindən idxal edilən bütün malların təxminən 92%-nə tarifləri tədricən ləğv edəcəklər.

Cənubi Amerika bloku şərab üçün 27% və spirtli içkilər üçün 35% rüsum da daxil olmaqla, Aİ kənd təsərrüfatı məhsullarına tətbiq edilən tarifləri aradan qaldıracaq. Saziş həmçinin məhsulların mənşəyinə əsasən qorunması üçün təxminən 350 coğrafi göstərici müəyyən edəcək.

MERKOSUR, hazırda üzvləri arasında Argentina, Boliviya, Braziliya, Paraqvay və Uruqvay olan Cənubi Amerikanın ən böyük ticarət və iqtisadi blokudur. Onların ümumi ərazisi Cənubi Amerika ərazisinin 70%-dən çoxunu təşkil edir və əhalisi 280 milyondan çoxdur.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
149
icma.az

1Mənbələr