AZ

Magistral yolda ölüm qaranlığı : Dörd aydır niyə tədbir görülmür?

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Mingəçeviri Yevlaxın Xaldan qəsəbəsi ilə birləşdirən magistral yolda işıqlandırmanın olmaması sakinlərin narazılığına səbəb olub.

Magistral yolda "ölüm qaranlığı": Dörd aydır niyə tədbir görülmür?

Onların sözlərinə görə, artıq 3-4 aydır yol tamamilə qaranlıqdır. Xüsusilə Havarlı, Hacıselli, Bəydili və Gülövşə kəndləri ərazisindən keçən magistral yolun elektrik lampalarının yanmaması ciddi təhlükə yaradır.

"Dəfələrlə bu ərazidə qəzalar baş verib, heyvanlar vurulub. Burada qaranlıq olduğundan göz gözü görmür", - sakinlərdən biri bildirib.

Başqa bir vətəndaş isə qeyd edib: "Qaranlıq olduğu üçün ayağımın altını görə bilmirəm. Yağışlı, palçıqlı günlərdə paltarlarım çirklənir. İşıqlar yansa, vəziyyət xeyli yaxşılaşardı".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yolun həmin hissəsində işıqlandırma sistemində texniki nasazlıq yaranıb. Hazırda sistemin bərpası istiqamətində texniki işlər davam edir. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq işlərin qısa müddətdə yekunlaşdırılması və yolun işıqlandırılmasının təmin edilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
oxu.az

1Mənbələr