AZ

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun dəstəyi, bp şirkətinin sponsorluğu vəMaqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı iləkeçirilən "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsindəyanvarın 17-də Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasirincəsənət sərgisinin açılışı olub.

Trend xəbər verirki, sərginin açılışında Heydər Əliyev Mərkəzinin direktoru AnarƏləkbərov, rəsmi qonaqlar, tanınmış incəsənət xadimləri və digərşəxslər iştirak ediblər.

2025-ci ilin noyabrından 2026-cı ilin fevralına qədər keçirilən"Neft bumu hamıya gülümsəyir" festivalı Azərbaycanın görkəmliyazıçısı Maqsud İbrahimbəyovun yaradıcılıq irsinə həsr olunub vəneft bumu dövrünün mədəni və tarixi konteksti ətrafında qurulub.Müxtəlif incəsənət sahələrini bir araya gətirən festival müəllifinədəbi mətnlərində yer alan transformasiya, gözlənti və daxiligərginlik mövzularına müraciət edir.

"Qeyzer" müasir incəsənət sərgisi festivalın əsas layihələrindənbiridir. "Neft bumu hamıya gülümsəyir" pyesinə konseptual istinadkimi yanaşaraq, o, şəxsi təcrübə ilə kollektiv tarixin qovuşduğuanlayışa immersiv baxış təqdim edir.

Sərginin açılışında çıxış edən Maqsud İbrahimbəyov YaradıcılıqMərkəzinin direktoru Anna İbrahimbəyova bu günün festival üçünxüsusi əhəmiyyət daşıdığını deyib: “Bu gün həqiqətən möhtəşəm birhadisədir, çünki festivalda gənc və istedadlı rəssamlar iştirakedirlər. Məni xüsusilə sevindirən məqam iştirakçıların bir çoxununsadəcə çıxış etməsi deyil, həm də ideyalar üzərində dərindəndüşünməsi və Maqsud İbrahimbəyovun kitablarına müraciətetməsidir".

Anna İbrahimbəyova qeyd edib ki, təqdim olunan əsərlər daha çoxtəəssürat, şəxsi interpretasiya və bədii reaksiyadır sözlərin vəobrazların vizual sənət dilinə çevrilməsidir.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxışındatədbirin ərsəyə gəlməsində əməyini olan bütün heyətə təşəkkürünübildirib. O, 2025-ci ilin noyabr ayından bəri keçirilən “Neft bumuhamıya gülümsəyir” festivalının böyük əhəmiyyət kəsb etdiyinivurğulayıb: "Festival çərçivəsində təqdim olunan tədbirlər vətamaşalar böyük önəm daşıyır. Ümid edirəm ki, bu ənənəvi bir halalacaq. Bu gün rəssamlarla görüşdüm. Onların bir-birindən gözələsərləri təqdim olunur. Gələcək yaradıcılıqlarında hər birinəuğurlar arzu edirəm".

Sonra çıxış edən bp-nin Xəzər regionu üzrə kommunikasiya vəxarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildiribki, bu gün indiyədək mövcud olmuş və gələcəkdə də davam edəcəkbayramlardan biri – incəsənət və ədəbiyyatın kəsişməsində yarananbayram qeyd edilir. O, bp şirkəti olaraq belə gözəl bir tədbirinərsəyə gəlməsində iştirak etməkdən məmnunluğunu bildirib.

Sərginin kuratoru Nigar Rzayeva çıxışında deyib ki, Maqsudİbrahimbəyovun yaradıcılığı o qədər canlı və müasirdir ki, layihəvə təqdim olunan işlər rəssamlar üçün böyük ilham mənbəyinəçevrilib. O, bütün yaradıcı heyətə, eləcə də göstərilən dəstəyəgörə Heydər Əliyev Fonduna, bp şirkətinə və Müasir İncəsənətMuzeyinə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Layihədə neft Bakının ritmini, insanların talelərini vəbütövlükdə ölkənin inkişafını müəyyənləşdirən real qüvvə kimi çıxışedir. O ölkə tarixi boyunca insan münasibətlərinin formalaşdığımühiti yaradır.

“Qeyzer” adı neft fontanına, yəni təzyiq altında neftin yersəthinə çıxmasına, həmçinin qeyzerin yığılıb qalmış enerjini azadetməsi prinsipinə işarə edir. Eyni impuls Maqsud İbrahimbəyovunpyesi tərəfindən verilib və layihənin bədii işlərində inkişafetdirilib.

Sərgidə doqquz rəssam iştirak edir. Ekspozisiya bir-biri iləəlaqəli iki şərti hissədən ibarətdir: arxiv materiallarının yenidənişlənməsinə əsaslanan konseptual video-iş və əsas bədii məkanıformalaşdıran müasir rəssamların əsərləri.

Bununla yanaşı, sərgidə festivalın təşəbbüskarı və təşkilatçısı,Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovanın foto işidə təqdim olunur. Bu iş sərginin əsas iştirakçı tərkibindən kənartəqdim olunur.

İştirakçılar Fidan Sadıq, İrina Eldarova, Kənan Əliyev, MüşfiqHeydərov, Nəzrin Məmmədova, Nigar Familsoy, Orxan Qarayev, SərxanHacıyev və Vüsalə Ağarazıyevadır.

Fidan Sadıq "Adsız" əsəri ilə instalyasiya neft bumununyaşandığı dövrdə qadının görünməyən mövcudluğuna toxunur. Üzüolmayan qadın fiquru fərdiliyin itirilməsinin obrazına çevrilir,bədən qadının daxili vəziyyəti ilə sosial təzyiq arasında sərhədkimi çıxış edir. Neft dövrünün Bakı fraqmentlərini əks etdirənnaxış üzün yerini tutur və sənaye ilə tarixin izini bədəndəsabitləyir. Qadın fiquru şəxsin səsinin demək olar ki, eşidilmədiyibir vəziyyətdə təqdim olunur.

İrina Eldarovanın "Drakaris. Atəşpərəstlər" əsəri Günəşenerjisinə həyatın ilkin mənbəyi və Odlar Yurdunun simvolu kimimüraciət edir. Burada anilik hissi aradan qalxır və yerini davamlıenerji impulsu tutur. İnsan kollektiv obraz kimi təqdim olunur. O,alovu ram etmiş və onun ötürülməsi üçün yerin dərinliklərindənqlobal məkana qədər uzanan sistemlər yaratmış titan kimigöstərilir. Əsər müasir dünyanı formalaşdıran enerjinin miqyası vəgücü haqqında vizual ifadə kimi qurulub.

Kənan Əliyevin "Gözlənti" heykəltaraşlıq işi yüksəliş vəgözlənti hissi üzərində qurulub. Postamentdən xaotik şəkildə qalxanborular qapalı kvadrat yaradır, bu isə neftin şərti vahidinə, kubaişarə edir. Bu konstruksiyadan kənara doğru uzanan ayrı-ayrıborularla səs yayılır. Onlara yaxınlaşan tamaşaçı daxildən artanhərəkəti eşidir, sanki nəsə yuxarı qalxmaq və bayıra çıxmaqistəyir. Əsər neft yüksəlişi dövründə Bakının yaşadığı təcrübəyəmüraciət edir, həmin dövrdə neftin püskürməsinə yaxın eşidilən səsgələcək dəyişikliklərin əlaməti kimi qəbul olunurdu.

Bu hiss rəssam üçün şəxsi təcrübə ilə bağlıdır. 1990-cı illərdə,Bakıda su qıtlığının yaşandığı dövrdə, o, gözlənti, gərginlik vəsevinc hisslərini öz üzərində yaşayıb: "Kranı dəfələrlə açıb qulaqasardım. O səsi gözləyirdim. Su gələndə, sadəcə, xoşbəxtolurdum".

Müşfiq Heydərov "Postinsan" əsəri ilə konseptual heykəl cinsi vəfərdi xüsusiyyətlərdən məhrum edilmiş insan obrazını təqdim edir.Fiqurun böyük ölçüsü onun postinsan xarakterli, müasir dövrtərəfindən formalaşdırılmış bir obyekt kimi qəbul edilməsinigücləndirir. Rəssam enerji, texnologiya və informasiyanın zamanlainsanın yaşama və özünü dərk etmə biçimlərini dəyişdirərək yenireallıqlar yaratdığı fikrinə işarə edir.

Bu kontekstdə neft bünövrə rolunu oynayır: sənaye və rəqəmsalsistemlərin üzərində qurulduğu əsas enerji mənbəyi kimi. Məhz buenerji transformasiya proseslərini hərəkətə gətirir və nəticədəinsan tədricən bədən və sosial müəyyənliyini itirərək universal,şəxsiyyətsiz funksional daşıyıcıya çevrilməsi riski ortayaçıxır.

Nəzrin Məmmədovanın "Qeyzer" abstrakt əsəri gizli enerjininsəthə çıxaraq insanın daxili hallarını dəyişdirməyə başladığı anıtəsbit edir. Yeraltı qatlarından qalxan enerji tanış xətləri pozurvə dağılma ilə formalaşma arasında qeyri-sabit hallar yaradır.

Rəssamı keçid anının gərginliyi maraqlandırır: köhnə emosionalstrukturlar dağılır, yeniləri isə hələ formalaşmağa macal tapmır.Bu proses yığılmış enerjinin qəfil boşalması kimi özünügöstərir.

Əsərin strukturunda rəng, forma və dərinlik vasitəsilə Abşeronlandşaftı ilə bağlı assosiasiyalar sezilir.

Nigar Familsoyun "Yan təsir" rəsm əsərinin mərkəzi obrazı tarixidəyişikliklərin və dönüş nöqtələrinin müşahidəçisi olan qarğadır.O, tərəqqinin gözqamaşdırıcı işığı kimi təsir göstərən aqressivsarı sahənin içində meydana çıxır.

Əsər neft və texnoloji bumunun geri dönməz xarakterini ön planaçıxarır. Ümumi rifah illüziyası nəticələrin reallığı ilə toqquşur.Bu toqquşmada qarğa hərəkətsiz şahid olaraq qalır və tərəqqinin həriki üzünü eyni anda özündə saxlayır.

Orxan Qarayev "Pərdə" əsəri ilə neft bumunu parlaq inkişaflagündəlik əməyin görünməz reallığı arasında formalaşan ziddiyyətlərsahəsi kimi təhlil edir. Üçbucaqlı lamellərdən ibarət konstruksiyaiki vizual səth yaradır; bu səthlərin hər biri yalnız müəyyən baxışbucağından açılır və fiziki zəhmətlə zahiri parıltını qarşı-qarşıyaqoyur.

Birbaşa baxış zamanı təsvir dağılaraq abstrakt görüntüyəçevrilir. Bu optik “korluq” illüziya və fraqmentar qavrayışınmetaforası kimi çıxış edir. Məna yalnız hərəkət prosesindəformalaşır: tamaşaçı bütövü dərk etmək üçün mövqeyini dəyişməyəməcbur qalır. Həyatda olduğu kimi, aydınlıq da ayrı-ayrıfraqmentlərin birləşməsi nəticəsində yaranır.

Sərxan Hacıyevin əsəri olan "Aralıq" bədii videofantaziya maddivə rəqəmsal reallıqlar arasındakı vəziyyəti təsvir edir.Reallıqların dəyişməsi insan üçün tədricən və demək olar ki, hissolunmadan baş verir, dəqiq başlanğıc və tamamlanma anı yoxdur. Bufon üzərində neft ilkin materiya və qədim həyatın yaddaşı kimiortaya çıxır və ondan şüur və ruhu xatırladan kəpənək obrazıyaranır.

Neft və süni intellekt obrazları insanın maddi yaddaşla rəqəmsalreallıq arasında qaldığı mövqeyi ifadə edən vizual diliformalaşdırır.

İkinci videoart Azərbaycan Dövlət Film Fondunun arxivmaterialları əsasında hazırlanmışdır, nefti real həyatın və tarixinayrılmaz bir hissəsi kimi təqdim edir.

Vüsalə Ağarazıyeva "Sahə" əsəri neft bumunun dövrünə aidtarixi-sənədli obrazlara əsaslanır: neftin içində dizə qədərdayanan, bədənlə maddə arasında sərhədin itdiyi ağır və yapışqanmühitdə çalışan insanlar. Rəssamın sahə adlandırdığı bu məkandainsan və neft eyni varlığın elementlərinə çevrilir. Bu monumentalrəsm əsəri pafos və idealizasiya iddiası daşımır. Rəssam insanınfiziki, bədən təcrübəsi vasitəsilə baş verənləri qəbul edərəktarixi prosesə birbaşa daxil olmasına diqqət yönəldir.

Bu məntiq "Mərkəz" adlı instalyasiyada da davam etdirilir.Dairəvi taxta forma əl əməyinə və bu əməyin baş verdiyi torpaqmühitə işarə edir. Fırlanan mərkəz fasiləsiz hərəkət yaradır. Onunüzərindəki bir cüt neftçi əlcəyi insan varlığının səssiz şahidi,əməyə və bir çox insanların zəhmətinə dair xatirədir.

"Qeyzer" adlı müasir incəsənət sərgisi fevralın 2-dək davamedəcək.

Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Seçilən
130
15
az.trend.az

10Mənbələr