AZ

Suriyada YPG-PKK dövrü bitir: Separatçı planlar iflasa uğradı

Suriyada YPG-PKK terror təşkilatının varlığına son qoyulur. Suriyanın şimal-şərqində YPG terror təşkilatı möhkəmlənərək növbəti mərhələdə muxtariyyət statusu əldə etməyi planlaşdırırdı. On ildən artıqdır ki, bu ərazilərə nəzarət edən YPG–PKK strukturu ABŞ-dən geniş lojistik və hərbi dəstək alıb. Suriya silahlı qüvvələrinə inteqrasiya olunmaqdan imtina edən YPG rəhbərliyi, Məzlum Abdi və Saleh Müslüm artıq nəzarət etdikləri ərazilərdən sıxışdırılıb çıxarılır və bu silahlı qurumun sonu yaxınlaşır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyənin dəfələrlə irəli sürdüyü tələblərə baxmayaraq, YPG inteqrasiyanı rədd etdi, silahı yerə qoymadı və separatçı planlarını reallaşdırmağa çalışdı:

“Bu təşkilat Suriyanın şimal-şərqində Türkiyənin suverenliyi və milli təhlükəsizliyi üçün birbaşa təhdidə çevrilmişdi. Məhz Türkiyənin strateji planı çərçivəsində Suriya ordusu YPG-yə qarşı hərbi əməliyyatlara başlayıb və region kürd separatçı silahlı qruplarından təmizlənir”.

“Qeyd etmək lazımdır ki, ABŞ-nin etirazlarına baxmayaraq, Türkiyə bu prosesi ardıcıl və uğurla həyata keçirir. PKK terror təşkilatını ölkə daxilində sıradan çıxaran, ardınca Suriyada YPG-ni məğlubiyyətə uğradan Türkiyə regionda geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Ankara Suriyanın parçalanmasına, federativ model adı altında faktiki bölünməsinə imkan vermədi və bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirdi”, – ekspert yekunlaşdırıb.

Seçilən
67
2
nocomment.az

3Mənbələr