ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Suriya ordusunun bölmələri Fərat Su Elektrik Stansiyasının yerləşdiyi Tabqa şəhərinə daxil olublar.
"Report"un "Al Hadath" telekanalına istinadən xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb.
"Qoşunlarımız bir neçə istiqamətdən Tabqa şəhərinə daxil olub, "Suriya Demokratik Qüvvələri" hərbi aerodrom ərazisində mühasirəyə alınıb", – məlumatda qeyd olunur.
Hökumət qoşunları şənbə günü əvvəllər silahlı dəstələrin nəzarətində olan Rakka vilayətində azı səkkiz yaşayış məntəqəsini ələ keçiriblər.
ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) "X"də yaydığı bəyanatda Suriyada gərginliyin dialoq yolu ilə həllinə və eskalasiyanın qarşısının alınmasına yönəlmiş səyləri alqışladığını bildirib. Daha əvvəl tərəflər atəşkəs barədə razılığa gəlmişdilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.