AZ

Suriya ordusu mühüm mövqeləri nəzarətə götürdü

Suriya ordusu Rakka vilayətində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində strateji əhəmiyyətə malik bir sıra əraziləri nəzarət altına alıb.

NOCOMMENT.az xəbər verir ki, Suriya dövlət televiziyasının məlumatına görə, hökumət qüvvələri YPG/SDG silahlı dəstələrindən Rakka vilayətinin cənubunda yerləşən Ər-Rassafa qəsəbəsini, eləcə də onun ətrafındakı yeddi kəndi tam şəkildə təmizləyib.

Bundan əlavə, ordu bölmələri YPG/SDG-nin əsas dayaq nöqtələrindən biri hesab olunan Tabka hava limanını da nəzarətə götürüb. Məlumatda qeyd olunur ki, hazırda Tabka şəhərinin özündə şiddətli döyüşlər davam edir və tərəflər arasında qarşıdurma hələ də səngiməyib.

Hərbi əməliyyatların Rakka bölgəsində qüvvələr balansına ciddi təsir göstərəcəyi bildirilir.

Seçilən
68
nocomment.az

1Mənbələr