“Bu, dini müharibədir. Sonda kim qalib gələcək? Bu, son dərəcə vacibdir. Hazırda üzləşdiyimiz vəziyyət, Yaxın Şərqin gələcəyini min il qabaqcadan müəyyən edəcək qərar anıdır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem İranda baş verənlər barədə jurbalistlərə açıqlamasında bildirib.
“Əgər bunun Berlin divarının süqutundan bəri dəyişikliklər üçün ən mühüm məqam olduğunu başa düşmürsünüzsə, çox şeyi gözdən qaçırırsınız.
Mən hesab edirəm ki, rejimin günləri sayılıdır. Bu mövzuda bu gün özümü son vaxtların istənilən dövründən daha optimist hiss edirəm. Yaxın bir-iki gün ərzində fəaliyyətimi izləyin, görərik. Regiondakı ərəb ölkələri isə olduqca məyusedici oldular.
Əgər media məlumatları doğrudursa və ərəb ölkələri İran adından müdaxilə edərək vəd olunmuş qəti addımların qarşısını alıblarsa, deməli, onlar o qədər də yaxşı müttəfiq deyillər”, - Qrem qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta