AZ

Göygöldə toyda bıçaqlanma

Göygöldə xəstəxanaya yerləşdirilən şəxsin hansı şəraitdə yaralanmasının bəzi təfərrüatı məlum olub.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Göygöl rayonunda yerləşən "Fərid" şadlıq sarayında keçirilən toy mərasimində qeydə alınıb.

Mollacəllili kənd sakini 1996-cı il təvəllüdlü Rövşən Ələkbərovun bədəninin iki nahiyyəsinə bıçaq zərbəsi dəyib.

İlkin məlumata görə, onu bıçaqlamaqda həmkəndlisi Nurlan Nəsibov təqsirli bilinir. Belə ki, həmin şəxslər dostdurlar və onlar toy məclisində içkili vəziyyətdə olublar. Bıçaq xəsarəti alan Rövşən Ələkbərov əməliyyat edilib.

Faktla bağlı Göygöl RPŞ-də araşdırma aparılır.

Seçilən
40
13
publika.az

10Mənbələr