İranın ali dini lideri Əli Xamenei etiraz aksiyaları başlayandan sonra ilk dəfə ortaya çıxıb. Xamenei ənənəsinə sadiq qalaraq yenə ABŞ və İsraili ittiham edib. Metbuat.az xəbər verir ki, ötən ilin 28-dekabrdan bəri səssizliyini qoruyan dini rəhbər, nəhayət, mövqeyini açıqlamağa ehtiyac duyub. O, ölkəsində minlərlə insanın ölümünə səbəb olan iğtişaşları ABŞ və İsrailin təşkil etdiyini bildirib: “ABŞ və İsrail fitnə-fəsad mənbəyidir. Bu iki dövlət İranı qarışdırmaq istəyir. Onların məqsədi müstəqil İranı öz iradələrinə tabe etdirməkdi. Bu dövlətlərə boyun əymədiyimiz üçün İranda fitnə törətdilər”. Əli Xamenei deyib ki, ölkədə insan ölümü ilə nəticələnən hadisələrin baş verməsində birbaşa ABŞ prezidenti Donald Tramp günahkardır. Ali dini lider şeytana xidmət edən qüvvələrin cəzasız qalmayacağına vəd verib.