AZ

Bayhanın etirafları hər kəsi kövrəltdi - "Özünü itirmiş ruh kimiyəm"

Acun Ilıcalının Survivor” yarışmasının 2026-cı ildə keçirilən ilk buraxılışında iştirakçı olan müğənni Bayhan Gürhanın keçmişi ilə bağlı etirafları hər kəsi kövrəldib.

Moderator.az xəbər verir ki, gəncliyinin İstanbul küçələrində, dava-dalaş və zorakılıq içində keçdiyini deyən Bayhan özünü müdafiə etmək məcburiyyətində qaldığı bir hadisənin illərlə “qətl” kimi xatırlanmasına səbəb olduğunu bildirib.

Bayhan yarışmada yeniyetməlik illəri ilə bağlı bunları deyib:
“Şəxsiyyət vəsiqəm yox idi, yolum yox idi. Sadəcə həyatda qalmağa çalışırdım. 13 yaşımdan 18 yaşıma qədər həyatım tamamilə küçələrdə keçdi. Bacımı itirdikdən sonra isə tam mənada tənha qaldım. İstanbula gəldim, nəsə etməyə çalışdım. Mən həmişə mahnı oxuyardım. Həyatımda edə biləcəyim başqa heç nə qalmamışdı. Sosial biri deyiləm, özünü itirmiş bir ruh kimiyəm.”

12 yaşında siqaret və alkoqola başladığını söyləyən müğənni sözlərinə belə davam edib:
“Tamamilə şüursuz və üsyankar idim. Məqsədim sadəcə özümə zərər vermək idi. Sonra bir gün dedim ki, bəs mən kiməm? Ana yox, ata yox. Yox, yox… bəs nə var? O zaman dedim ki, musiqi var.”

Bayhan o illəri belə xatırlayıb:
“Çox-çox çarəsiz qaldığım zamanlarda bəzən Adanaya, nənəmin yanına gedərdim. Orada hansısa səbəbdən dava etdim. Mən onsuz da İstanbulun küçələrində böyümüşdüm. Heç vaxt üstüm boş gəzməzdim. Silah yox. Sadəcə özümü qorumaq üçün… Mənə bunu heç kim öyrətmədi. Mən hər şeyi təkbaşına öyrənməli oldum.”

 

Seçilən
74
moderator.az

1Mənbələr