AZ

Trampdan yeni hədə! 8 ölkəyə rəsmi şəkildə elan etdi

ABŞ Prezidenti Qrenlandiyanı ələ keçirmə planına qarşı çıxan ölkələrə əlavə gömrük rüsumları tətbiq edib.

Moderator.az xəbər verir ki, Tramp 8 Avropa ölkəsinə - Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyaya 1 fevraldan etibarən yüzdə 10 əlavə gömrük vergisi tətbiqediləcəyini açıqlayıb.

Tramp  həmçinin qeyd edib ki, iyunun 1-dən etibarən gömrük vergiləri yüzdə 25-ə qaldırılacaq və ABŞ-nin Qrenlandiya ərazilərini satın almasına dair razılaşma əldə olunana qədər bu rüsumların tətbiqi davam edəcək.

Qeyd edək ki, Danimarkanın paytaxtı Kopenhagda on minlərlə insan Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına etiraz etmək üçün bir araya gəlib. Radhuspladsen meydanında başlayan aksiyalar daha sonra ABŞ səfirliyinin qarşısına keçib. Etirazçılar “Qrenlandiya qrenlandiyalılarındır” və “Qrenlandiya satılmır” şüarları səsləndiriblər. Aksiyalar zamanı Qrenlandiya, Danimarka və bəzi iştirakçıların daşıdığı Farer Adaları bayraqları diqqət çəkib. Təşkilatçıların məlumatına görə, etirazlara təxminən 20 min nəfər qatılıb. Eyni zamanda Aarhus, Aalborg və Odense kimi digər Danimarka şəhərlərində, eləcə də Qrenlandiyanın paytaxtı Nuukda da etiraz aksiyaları keçirilib.

ABŞ-nin Qrenlandiyaya marağının arxasında Arktika bölgəsində hərbi balans, Rusiya və Çinə qarşı təhlükəsizlik narahatlıqları, eləcə də Qrenlandiyanın zəngin faydalı qazıntı ehtiyatları dayanır. Lakin ictimai rəy sorğularına görə Qrenlandiya əhalisinin yüzdə 85-i ABŞ-nin tərkibinə daxil olmağı qəti şəkildə rədd edir.

Seçilən
112
1
moderator.az

2Mənbələr