AZ

“Bavariya” səfərdə “Leyptsiq”i darmadağın etdi

Bundesliqanın 18-ci turunun əsas qarşılaşmasında “Bavariya” klubu “Leyptsiq”in qonağı olub.

Publika.az xəbər verir ki, görüşdə münxenlilər böyük hesabla qalib gəliblər – 5:1.

Ötən günün digər görüşlərində “Borussiya Dortmund” öz meydanında “St Pauli” ilə görüşdə 90+6-cı dəqiqədə Emre Canın vurduğu qol sayəsində çətin qələbə qazanıb – 3:2. “Bayer Leverkuzen” səfərdə “Hoffenhaym”a minimal hesabla uduzub – 0:1. “Köln” doğma divarlar arasında “Maynts”ı məğlub edib – 2:1. “Hamburq” – “Borussiya Münxenqladbax” görüşündə qapılara top vurulmayıb. “Volfsburq” – “Haydenhaym” oyununda komandalar hərəyə bir dəfə fərqlənib – 1:1.

Bu həftə UEFA Çempionlar Liqasında “Qarabağ” ilə qarşılaşacaq “Ayntraxt Frankfurt” səfərdə “Verder Bremen” ilə heç-heçə edib – 3:2.

Seçilən
155
publika.az

1Mənbələr