AZ

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bavariya”, Avropanın ən yaxşı beş liqasında bu mövsüm bütün rəsmi yarışlarda 100 qola çatan ilk komanda olub.

İdman.Biz-in “StatsFoot” statistika portalına istinadən məlumatına görə, Münhen komandası bu nailiyyətə “RB Leypsiq” üzərində 5:1 hesablı qələbə ilə nail olub.

“RB Leypsiq”lə keçirilən matçda leypsiqlilərin hücumçusu Romulo hesabı 20-ci dəqiqədə açıb. Sonrakı qolları “Bavariya” oyunçuları vurublar: Serj Qnabri, Harri Keyn, Conatan Ta, Aleksandar Pavloviç və Maykl Olise.

Almaniya Bundesliqasında 18 oyundan sonra “Bavariya” 50 xala malikdir və turnir cədvəlində birinci yerdədir. Növbəti turda Münhen komandası evdə “Auqsburq”la qarşılaşacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
148
1
icma.az

2Mənbələr