AZ

“Marsel”dən səfərdə darmadağın

Fransa Liqa 1-in 2025/2026 mövsümünün XVIII turu çərçivəsində keçirilən “Anje” – “Marsel” oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Anje şəhərindəki “Raymon Kopa” stadionunda baş tutan qarşılaşmanı baş hakim Rüddi Büke idarə edib. Görüş qonaq komandanın inamlı qələbəsi ilə yekunlaşıb — 5:2.

Matçda hesabı 19-cu dəqiqədə “Marsel”in hücumçusu Amin Quiri açıb. 24-cü dəqiqədə yarımmüdafiəçi Meyson Qrinvud fərqi iki topa çatdırıb. 34-cü dəqiqədə Hamed Junior Traore üçüncü qolu vurub. 40-cı dəqiqədə Timoti Vea hesabı 4:0 edib. İlk hissəyə əlavə olunan vaxtda “Anje”nin hücumçusu Məhəmməd Amin Sbayi bir qolla fərqi azaldıb.

Görüşün sonlarına yaxın, 88-ci dəqiqədə “Marsel”in hücumçusu İqor Payşao beşinci qolu rəqib qapısından keçirib. Matça əlavə edilmiş vaxtda isə meydan sahiblərinin forvardı Jim Allevina komandasının ikinci qoluna imza atıb.

Bu nəticədən sonra “Anje” 18 oyundan 22 xal toplayaraq turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. “Marsel” isə 35 xalla 3-cü yerdə mövqeyini möhkəmləndirib.

Seçilən
30
90deqiqe.az

1Mənbələr