AZ

Aİ səfirləri ABŞ-nin gömrük rüsumları ilə bağlı fövqəladə iclasa çağırılıb

Bakı. Trend:

Avropa İttifaqına üzv 27 ölkənin səfirləri bazar günü Brüsseldəfövqəladə iclasa çağırılıb.

Trend xəbər verirki, bu addım ABŞ Prezidenti Donald Trampın Danimarka, İsveç,Norveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland vəFinlandiyaya qarşı gömrük rüsumlarının tətbiqi ilə bağlı yenibəyanatı səbəbindən atılıb.

Hazırda Aİ-yə rotasiya əsasında sədrlik edən Kiprinnümayəndəsinin açıqlamasına görə, görüş yerli vaxtla saat 17:00-da(Bakı vaxtı ilə 20:00) başlayacaq.

Qeyd olunur ki, adı çəkilən ölkələrə qarşı 10 faiz həcmindərüsum tətbiq edilib və iyunun 1-dən bu göstərici 25 faizəyüksəldiləcək.

Seçilən
179
az.trend.az

1Mənbələr