Finlandiya parlamentinin üzvləri ABŞ prezidenti Donald Trampın Aİ ölkələrinin Danimarkanın ərazi bütövlüyünü müdafiə etmək öhdəliyinə cavab olaraq tarif tətbiq etmək qərarından sonra Avropa İttifaqının ABŞ-ın təsirindən qurtulmasını təklif ediblər.
Publika.az xəbər verir ki, bu barədə Finlandiyanın “İltalehti” qəzeti siyasətçilərin bəyanatlarına istinadən məlumat yayıb. Deputat Atte Kaleva sosial şəbəkədə xəbərdarlıq edib: "Avropanın özünü strateji asılılıqdan xilas etməsinin vacib olduğu çoxdan bəllidir. Bu, təkcə köhnə düşmənlərimizə deyil, təəssüf ki, ənənəvi dostlarımıza da aiddir".
“Ağ Evin təhdidləri ABŞ-ın xarici siyasətində kəskin dəyişiklikdən xəbər verə bilər”,- parlamentar Jarno Limnel qeyd edib. Onun sözlərinə görə, bu kurs müttəfiq dövlətlər üçün qəbuledilməzdir.
"Bu, ticarət deyil, geosiyasi güc oyunudur", - Limnel vurğulayıb.
Finlandiya Xarici İşlər Nazirliyinin keçmiş rəsmisi Henri Vanhanen Trampın bəyanatının xüsusi olaraq Qrenlandiyaya hərbi və əlaqə zabitlərini göndərən ölkələrə yönəldiyi barədə danışıb.
"İnanıram ki, bu məsələnin həssaslığı məlum idi, lakin mürəkkəb görünür. Dəyişikliklərə ABŞ-da yenidən baxılacaq", - o deyib.