AZ

Fransada mis kabel oğruları milyonlarla avroluq sərvət toplayıblar

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fransa hüquq-mühafizə orqanları mis kabel oğruları dəstəsindən bir malikanəni və 4.5 milyon avro dəyərində digər aktivləri müsadirə ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Məlumata görə, oğrular İl-de-Frans bölgəsində "Orange" mobil operator müəssisələrində təmir işləri üzrə subpodratçı pərdəsi altında fəaliyyət göstəriblər. 2024-cü il ərzində onlar təxminən 900 000 avro bazar dəyərinə malik 189 ton kabel oğurlayıblar.

Ötən il cinayəti işi üzrə iki şirkət rəhbəri və onların maliyyəçisi həbs edilib, kabel oğurluğunda iştirak etməkdə şübhəli bilinən 17 şirkət işçisi dindirilib. Aparılan axtarışlar zamanı ümumilikdə təxminən 2 milyon avro dəyərində lüks avtomobillər, saatlar, zərgərlik əşyaları və nağd pul müsadirə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
oxu.az

1Mənbələr