AZ

Axırıncı dəfə Corc Buş etmişdi: Tramp da əmr verdi 1500 əsgər...

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ iğtişaşlar səbəbindən Minnesota ştatına mümkün qoşun yeridilməsinə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti Müdafiə Nazirliyinin rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, artıq ABŞ Prezidenti Donald Tramp Üsyan Qanununu tətbiq etməyi qərarlaşdırıb və Pentaqona əmr verib.

Məlumata görə, sözügedən ştata 1500 əsgər göndəriləcək.

“Ordu Minnesota ştatında artan zorakılıq halında bölmələri yerləşdirmək üçün hazırlıq vəziyyətinə gətirib. Onlar bu addımı “ehtiyatlı planlaşdırma” adlandırıb. Bununla belə, qoşunların ştata yerləşdirilib-yerləşdirilməyəcəyinin hələlik məlum deyil”.

Qeyd edək ki, 1807-ci ildə qəbul edilmiş Üsyan Qanunu prezidentə “üsyan”a cavab olaraq ştatın Milli Qvardiyasının nəzarətini ələ keçirməyə və ya ölkə daxilində nizami ordu qoşunlarını yerləşdirməyə imkan verir.

“Bu qanunu axırıncı dəfə 1992-ci ildə Los-Ancelesdəki iğtişaşlar zamanı hərbi dəstək tələb edən Prezident Corc Buş tətbiq edib”.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
127
globalinfo.az

1Mənbələr