AZ

İrəvanda Zəngəzur dəhlizi ilə bağlı müəmma: yaxın vaxtlarda bilinəcək

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ermənistan ərazisində “Tramp marşrutu”nun (Zəngəzur dəhlizinin bir hissəsi) istismarını təmin edəcək Ermənistan–ABŞ birgə müəssisəsinin gələcək fəaliyyəti ilə bağlı bəzi detallar artıq məlumdur”.

Globalinfo.az xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin İrəvana qaçan separatçılarından Arman Melikyan deyib.

O bildirib ki, qarşıdakı 49 il ərzində payların 26 faizi Ermənistana, 74 faizi isə ABŞ-a məxsus olacaq:

“Ermənistanın suverenliyinin tam qorunması şərti ilə həmin müəssisənin gəlirlərinin hansı mənbələrdən formalaşacağını anlamaq lazımdır. Məntiqə görə, tranzit üçün bütün yığımlar tam şəkildə Ermənistanın dövlət büdcəsinə köçürülməli, daha sonra isə ABŞ tərəfinin investisiya iştirakına və xalis mənfəətin bölüşdürülmə faiz nisbətinə uyğun olaraq müvafiq məbləğlər amerikalı tərəfdaşlara verilməlidir. Lakin bu, qeyri-mütəxəssisin məntiqinə əsaslanan yanaşmadır”.

Melikyan qeyd edib ki, reallığın necə olacağı yaxın vaxtlarda bəlli olacaq:

“Mümkündür ki, proses ümumiyyətlə bu mərhələyə çatmasın. Hər halda sözügedən müəssisənin təhlükəsiz fəaliyyəti və yük axınlarının məhz bu yolla yönləndirilməsinin təmin edilməsi tamamilə ABŞ-dan asılı olacaq. Layihə işə düşdükdən sonra bunun qlobal, yaxud yalnız Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edən təhlükəsiz marşrut olması aydınlaşacaq”.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
globalinfo.az

2Mənbələr