Fərat çayının qərbini YPG/SDQ silahlılarından təmizləyən Suriya Ordusunun növbəti hədəfi məlum olub.
APA-nın xəbərinə görə, Suriya Ordusu artıq Fərat çayının şərqində Tabka şəhərinə nəzarəti təmin edib, Rakka şəhərinə 5 km-ə qədər yaxınlaşıb.
ABŞ-ın bölgə üzrə Mərkəzi Komandanlığı (CENTCOM) Suriya Ordusuna əməliyyatları dayandırmağa, tərəfləri dialoq yolu ilə həll yolu axtarmağa çağırıb. Suriya Xarici İşlər Nazirliyi isə keçən il martın 10-da Suriya Prezidenti Əhməd aş-Şaraa və SDQ-yə rəhbərlik edən Məzlum Abdi arasında imzalanmış razılaşma həyata keçirilməyə başlanan zaman əməliyyatların dayandırılacağını bəyan edib. Eyni zamanda Dəməşq və Vaşinqton arasında dialoqun da davam etdiyi nəzərə çatdırılıb.
Qeyd edək ki, Suriya Ordusunun son əməliyyatlarına qədər YPG/SDQ Suriya ərazisinin 1/3-nə nəzarət edirdi. Bura Suriyanın əsas neft yataqlarının yerləşdiyi Rakka və Deyrizor bölgələri də daxildir.
Türkiyə PYD və PYD-nin silahlı qanadı YPG-ni PKK terror təşkilatının Suriya qolu olduğunu bəyan edir. Bu qruplaşma isə özünü Suriya Demokratik Qüvvələri (SDQ) kimi təqdim edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta