Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Yüksək intellektli insanlar daha az intellektli həmyaşıdlarına nisbətən daha uzun müddət subay qalır.
“Cebheinfo.az” xəbər verir ki, Sürix Universitetinin yeni araşdırması bunu göstərib.
Tədqiqatın həmmüəllifi Maykl Kramer bu barədə danışıb: "Nəticələrimiz göstərir ki, həm təhsil kimi sosiodemoqrafik amillər, həm də hazırkı rifah kimi psixoloji xüsusiyyətlər kimin romantik münasibətə girəcəyini və kimin girməyəcəyini proqnozlaşdırmağa kömək edir".
Münasibət "böhranı"nın artan tendensiyası fonunda son 50 ildə 25-34 yaş arası amerikalıların partnyorsuz yaşayan nisbəti ikiqat artaraq kişilər üçün 50%-ə, qadınlar üçün isə 41%-ə çatıb.
Tədqiqatçılar uzunmüddətli tənhalıq riskini artıran amilləri müəyyən edərək, Böyük Britaniya və Almaniyadan olan 17000-dən çox iştirakçını izləyiblər. 16 yaşdan 29 yaşa qədər gənclər arasında yüksək təhsil səviyyəsinə malik, tək və ya valideynləri ilə yaşayan və psixoloji rifah səviyyəsi aşağı olan gənc kişilər də olub.
Uzun müddət tənha qalmağın rifaha mənfi təsir göstərdiyi qeyd edilib. Belə ki, həyatdan məmnunluq azalır, tənhalıq hissləri və depressiya riski artır. Digər tərəfdən, ilk ciddi münasibətə girmək gənclərin emosional rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırır: "Gənclikdə uzun müddət subay qalmaq zehni və emosional sağlamlıq üçün orta risklərlə əlaqələndirilir. Başqa sözlə, "o biri"ni nə qədər çox gözləsəniz, romantika dünyasına ilk addımı atmaq bir o qədər çətinolacaq”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.