AZ

Şahzadəyə malikanəsində qadağa qoydular

Şahzadə Uilyama Vindzor qəsrindəki yeni malikanəsinin ərazisində elektrikli skuter sürmək qadağan edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Sayt qadağanın kral parkının mövcud qaydaları ilə bağlı olduğunu bildirib.

Şahzadə Uilyam və Ketrin ötən il keçmiş malikanələri olan Adelaida Kottecini tərk etdikdən sonra Berkşirdəki 4800 akr ərazidə yerləşən II dərəcəli Forest Lojasına köçüblər.

Onlar bu malikanəni "əbədi evləri" etməyə qərar veriblər və övladları üçün "yeni bir başlanğıc" təmin etmək istəyirlər.

Elvin

Ölkə.az

Seçilən
32
2
olke.az

3Mənbələr