AZ

Zelenskinin adamları ABŞ dan əliboş qayıdacaq? Kremldən kritik açıqlamalar/VİDEO

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, yanvarın 17-də Ukrayna nümayəndə heyəti sülh sazişi ilə bağlı amerikalı tərəfdaşlarla danışıqlar aparmaq üçün ABŞ-a səfər edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlə AZTV kanalı xüsusi buraxılış hazırlayıb.

Qeyd olunub ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına görə, heyətə ölkənin təhlükəsizlik və siyasi qərarvermə sistemində mühüm rol oynayan əsas fiqurlar daxildir.

“Səfərin əsas məqsədi Vaşinqtonda Ağ Ev rəsmiləri ilə Birləşmiş Ştatlar–Ukrayna əməkdaşlığı çərçivəsində hazırlanmış sənədləri müzakirə etmək, eyni zamanda Rusiyanın bu təşəbbüslərə verə biləcəyi mümkün reaksiyalar ətrafında fikir mübadiləsi aparmaqdır.

Ekspertlərin fikrincə, bu səfər Kiyevin müharibənin gələcək taleyi ilə bağlı qərarların Birləşmiş Ştatlarla koordinasiya olunmadan mümkün olmadığını açıq şəkildə qəbul etdiyini göstərir. Bu məqam Çexiya prezidentinin səsləndirdiyi fikirlərlə də üst-üstə düşür. O bildirib ki, Ukrayna müharibəni başa çatdırmaq üçün ağrılı güzəştlərə hazır olmalıdır. Onun sözlərinə görə, Vaşinqton bu prosesdə həlledici rol oynayacaq və Avropa İttifaqı (Aİ) da prosesdən kənarda qalmamalıdır, baxmayaraq ki, bu reallıq Avropa üçün asan qəbul edilən deyil”.

Bildirilib ki, diqqət çəkən digər məqam Rusiyanın ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin Moskvaya mümkün səfərinə maraq göstərməsidir:

“Kremlin mətbuat katibi Dmitri Peskov da bu məlumatı təsdiqləyib, lakin səfərin tarixinin hələ müəyyənləşmədiyini bildirib. Ekspertlərin qənaətinə görə, hazırkı mərhələ müharibənin hərbi deyil, daha çox siyasi və diplomatik fazaya keçdiyini göstərir. Gözləntilər ondan ibarətdir ki, yaxın aylarda Birləşmiş Ştatların iştirakı ilə yeni bir danışıqlar formatı formalaşa bilər. Bunun Ukrayna üçün çətin, lakin qaçılmaz kompromislərlə müşayiət olunması mümkündür”.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
globalinfo.az

1Mənbələr