AZ

Tramp İordaniya Kralını Qəzza üzrə "Sülh Şurası"na dəvət etdi

BAKI, 18 yanvar. TELEQRAF

İordaniya Kralı II Abdulla ABŞ Prezidenti Donald Trampdan Qəzza zolağı üçün yaradılan "Sülh Şurası"na (Board of Peace) qoşulmaqla bağlı rəsmi dəvət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hazırda ölkənin daxili hüquqi prosedurları çərçivəsində sözügedən dəvətlə bağlı müvafiq sənədlər nəzərdən keçirilir.

Qeyd edək ki, "Sülh Şurası"nın əsas missiyası oktyabr ayından bəri kövrək atəşkəsin hökm sürdüyü Qəzza zolağının müvəqqəti idarəçiliyinə nəzarət etməkdir.

Seçilən
75
teleqraf.com

1Mənbələr